SON DƏQİQƏ: Bakıda 6 tələbə qız zəhərləndi - Vəziyyətləri ağırdı

 09:07 26.11.2019     1910

Xəzər Universitetinin 6 tələbəsi zəhərlənib.

Səhiyyə Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, tələbələr Təcili Tibbi yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətiriblər. 

Onların dəm qazından zəhərlənməsi ehtimal edilir. 

Qeyd edək ki, Təcili Tibbi yardıma çağırış saat 04:47-də olub. Tələbə qızların dediyinə görə, hadisə kirayədə qaldıqları Qara Qarayev pr. 76, mənzil 28 ünvanında baş verib.

Həkimlər tələbə qızların vəziyyətini orta-ağır kimi qiymətləndirirlər. Onlara lazımi tibbi yardım göstərilib. Hazırda müalicələri davam edir.