Masazırda kafe yanıb - FHN

 09:15 26.11.2019     235

Abşeron rayonunun Masazır qəsəbəsində yanğın olub. 

Redaktor.az-ın Fövqəladə hallar nazirliyinin saytına istinasən xəbərinə görə, bir dam altında tikilən ümumi sahəsi 150 m² olan birmərtəbəli tikilinin (kafe və avtomobil təmiri sexi kimi fəaliyyət göstərir) yanar konstruksiyaları və içərisində “ЗАЗ” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.