Bakıda evdən kişi meyiti TAPILDI

 09:53 26.11.2019     282

Bakıda 63 yaşlı kişinin meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyinindən Redaktor.az-a verilən məlumata görə, Nizami rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1956-cı il təvəllüdlü Həsənov Taleh Saleh oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.​