Bakıda 12 yaşlı qız dəm qazından boğularaq ÖLDÜ

 10:30 26.11.2019     202

Bakıda dəm qazından ölüm faktı qeydə alınıb.

Redaktor.az-ın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu Ramana qəsəbəsində baş verib. Qəsəbə sakini, 2007-ci il təvəllüdlü İsmayılova Fidan Şəmsi qızı yaşadığı evin hamam otağında dəm qazından boğularaq ölüb.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma aparılır.//Apa.az