Lənkəranda 3 maşın toqquşub - FOTOLAR

 11:14 26.11.2019     323

Lənkəranda 3 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.  

Redaktor.az-ın verdiyi məlumata görə, rayonun Ləj kənd sakini, 1991-ci il təvəllüdlü Hafiz Yunusağa oğlu Məmmədovun idarə etdiyi “Ford” markalı avtomobil ilə şəhər sakini, 1990-cı il təvəllüdlü İsmayıl Ağazadə oğlu Əliyevin idarə etdiyi “QAZ-24” markalı maşın toqquşub. Toqquşmanın təsirindən yol kənarında dayanan Lənkəran şəhər sakini Bəybala Şahkərim oğlu Mirzəyevin "VAZ 2106" markalı avtomobilini səkiyə tərəf sıxışdırıb. Nəticədə piyada, Lənkəran şəhər sakini, 1964-cü il təvəllüdlü Nasim Təyyar oğlu Şahbazov ağır bədən xəsarəti alıb. Yaralı sağ ayağının baldır sümüyünün çox saylı sınıqları ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ayağı amputasiya ediləcəyi təqdirdə Bakı xəstəxanalarından birinə göndəriləcək.

Faktla bağlı araşdırma aparılır.//Apa.az

2222