Maştağada ana və azyaşlı oğlu dəm qazından BOĞULDU

 11:18 26.11.2019     343

Bakıda dəm qazı daha iki nəfərin həyatına son qoyub.

Redaktor.az-ın məlumatına görə, hadisə Sabunçu rayonu Maştağa qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1981-ci il təvəllüdlü Əliyeva Könül Elşad qızı və onun oğlu, 2007-ci il təvəllüdlü Əliyev Kərim Nail oğlu dəm qazından boğularaq ölüblər.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma aparılır.//Apa.az