Azərbaycanda vençur fondlarının yaradılmasına dair qanunvericilik aktları hazırlanır

 11:56 26.11.2019     150

"Azərbaycanda vençur fondlarının yaradılmasına dair qanunvericilik aktları işlənilir".

Redaktor.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov deyib.

Onun sözlərinə görə, bu qanunvericilik aktlarının yaxın zamanda qəbul edilməsi gözlənilir.