“Los Anceles səfərimiz erməni diasporu üçün gözlənilməz oldu” - Tural Gəncəliyev

 12:00 26.11.2019     208

“Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının nümayəndə heyətinin erməni lobbisinin güclü olduğu Los Ancelesə səfəri çox vacib idi”.

Redaktor.az-ın xəbərinə görə, bunu Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyev icma üzvlərinin ABŞ-ın Los-Anceles və Türkiyənin paytaxtı Ankara şəhərindəki görüşlərlə bağlı keçirdiyi mətbuat konfransında deyib.

"İlk beynəlxalq səfərin Los Ancelesə olması vacib idi. Erməni diasporunun güclü olduğu bir şəhərə səfərimiz onlar üçün gözlənilməz oldu. Burada peşəkar və məhsuldar görüşlər keçirildi", - deyə Tural Gəncəliyev bildirib.

İcma sədrinin sözlərinə görə, Los Ancelesdə olan yəhudi icmasının nümayəndələri ilə yanaşı Pakistan və türk icmaları ilə də bir sıra görüşlər keçirilib: “Onlar Azərbaycanın üzləşdiyi hərbi təcavüz barədə ətraflı məlumatlandırıldılar".

T. Gəncəliyev qeyd edib ki, Los Ancelesin ən böyük sinaqoqlarından birində böyük tədbir təşkil olunub.

O vurğulayıb ki, icmanın nümayəndələrinin Türkiyə səfəri də uğurlu olub.

T. Gəncəliyev yaxın gələcəkdə də bu cür səfərlərin olacağını diqqətə çatdırıb.//Apa.az