İcra başçısının müavininin düşdüyü qəza ilə bağlı cinayət işi başlanıb

 12:21 26.11.2019     135

Qaradağda ötən gün 2 nəfərin ölümü ilə nəticələn yol-nəqliyyat hadisəi ilə bağlı cinayət işi başlanıb.

Redaktor.az-ın məlumatına görə, faktla bağlı Qaradağ rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq tədbiriləri həyata keçirilir.

Xatırladaq ki, məlum hadisə ötən gün paytaxtın Qaradağ rayonu ərazisində baş verib. “Hyundai Tucson” markalı 60 AA 002 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq dərəyə aşıb. Nəticədə avtomobilin sürücüsü -1969-cu il təvəllüdlü Cabbarov Rövşən Sabir oğlu və Tovuz rayon sakini Əminə Zeynalova hadisə yerində ölüb, 2 nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, xəsarət alanlardan biri Tovuz rayon İcra hakimiyyəti başçısının müavini Zeynalov Rəşad Nurəddin oğludur. Ölən şəxslərdən biri onun həyatı yoldaşı, digəri isə sürücüsü olub. 

Faktla bağlı araşdırma aparılır.//Apa.az