Azərbaycanda dövlət xətti ilə verilən ipoteka kreditlərinin həcmi artıb

 15:53 02.12.2019     238

Bu il dekabrın 1-nə Azərbaycanda dövlət xətti ilə verilmiş ipoteka kreditlərinin məbləği 1 375 755 min manat təşkil edib.

Redaktor.az-ın Azərbaycan İpoteka və Kredit Zəmanət Fonduna istinadən verdiyi məlumata görə, bu, noyabrın 1-i ilə müqayisədə 31 069 min manat və yaxud 2,3% çoxdur.

Ötən ay dövlət xətti ilə verilən ipoteka kreditlərinin sayı 564 vahid artaraq 27 677-yə çatıb.

Həmçinin dövlət xətti ilə zəmanət və subsidiyalar verilmiş kreditlərin məbləği də hesabat dövründə 5 750 min manat və ya 12,3% artaraq 52 609 min manata yüksəlib.

Hazırda Fondun 723 878 002 manatlıq istiqrazı dövriyyədədir.

Qeyd edək ki, hazırda maksimal 150 min manat olan ipoteka kreditləri maksimal 25 il müddətinə 15% minimal ilkin ödənişlə, maksimal 100 min manat olan güzəştli ipoteka kreditləri isə 10% minimal ilkin ödənişlə maksimal 30 il müddətinə nə verilir.