Prezidentin yüksək vəzifə verdiyi Gündüz Kərimov kimdir? - DOSYE

 16:01 02.12.2019     946

Prezident İlham Əliyev Gündüz Kərimovun Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Redaktor.az-ın məlumatına görə, Gündüz Hacı oğlu Kərimov 1977-ci ildə Qazax şəhərində anadan olub. 1994-cü ildə Göygöl şəhər 1 nömrəli orta məktəbini bitirib.

1994-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinə daxil olub və 1998-ci ildə bakalavr təhsil pilləsini, 2000-ci ildə isə magistratura təhsil pilləsini fərlqlənmə diplomu ilə bitirib.

1998-ci ildə MDB dövlətləri arasında Sankt-Peterburq şəhərində keçirilmiş “Beynəlxalq humanitar hüquq” üzrə müsabiqədə 2-ci yer qazanıb.

2002-ci ildə Amerika Birləşmiş Ştatlarının İndiana Universitetinin hüquq fakültəsinin magistraturasını bitirib.

2003-2006-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun aspirantı olub. 2008-ci ildə “Beynəlxalq xüsusi hüquqda sənaye mülkiyyəti obyektlərinin hüquqi mühafizəsi” mövzusunda hüquq üzrə fəlsəfı doktor alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edibr.

1998-1999-cu illərdə Aqrar-Sənaye Səhmdar Kommersiya Bankında baş hüquqşünas, 1999-2001-də Beynəlxalq Qırmızı Xaç Komitəsində hüquq məsələləri üzrə assistent işləyib.

2002 – 2011-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsində müəllim, Bakı Dövlət Universitetinin Mülki proses və kommersiya hüququ kafedrasının müəllimidir;

2011-2014-cü illərdə BDU-nun Hüquq fakültəsinin dekan müavini işləyib. Azərbaycan Respublikasının patent müvəkkilidir. Azərbaycan Sahibkarlar Konfederasiyasının Rəyasət Heyətinin üzvüdür. 1 iyul 2017-ci il tarixdən Fransanın paytaxtı Paris şəhərində yerləşən Beynəlxalq Ticarət Palatasının Beynəlxalq Arbitraj Məhkəməsinin Azərbaycandan üzvüdür.

14 noyabr 2017-ci ildən bu günə qədər Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyevanın köməkçisi vəzifəsində çalışıb.

Evlidir, iki övladı var.

Firuzə Vahid / Redaktor.az