Nəqliyyat vasitələrinə elektron etibarnamə almaq üçün edilən müraciətlərin SAYI

 18:15 02.12.2019     63

“Nəqliyyat vasitələrinin idarəolunmasına dair etibarnamələrin elektron rəsmiləşdirilməsinə maraq çox böyükdür”.

Redaktor.az-ın məlumatına görə, bunu elektron etibarnamə sisteminin təqdimatı ilə bağlı keçirilən mətbuat konfransında Ədliyyə Nazirliyinin şöbə müdiri Ağakərim Səmədzadə bildirib.

Onun sözlərinə görə, elektron etibarnamə sistemi ilə bağlı mobil aplikasiya noyabrın 22-də ədliyyə işçilərinin peşə bayramı günü istifadəyə verilib: "Bu gündən etibarən isə myGov.az portalında da elektron etibarnamə sistemi istifadədədir. 10 gün ərzində mobil aplikasiya vasitəsilə artıq 22 mindən çox vətəndaş elektron etibarnaməyə müraciət edib. Prosedur çox sadədir. Sorğunun qəbulu, emalı və cavablandırılması cəmi 5 dəqiqə vaxt çəkir".

Şöbə müdiri qeyd edib ki, etibarnamə üçün dövlət rüsumu 11,50 qəpikdir.//Apa.az