DTX rəisi Türkiyə DİN-in Təhlükəsizlik Baş İdarəsinin rəisi ilə görüşüb

 21:39 02.12.2019     391

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Əli Nağıyevin dəvəti ilə Türkiyə Respublikası Daxili İşlər Nazirliyi Təhlükəsizlik Baş İdarəsinin rəisi Mehmet Aktaşın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfərə gəlib.

Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsindən Redaktor.az-a bildirilib ki, türkiyəli qonaqlar Fəxri xiyabanda Heydər Əliyevin, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarlarını, Şəhidlər xiyabanını və Türk şəhidliyini ziyarət ediblər.

Sonra keçirilmiş ikitərəfli görüşdə general-leytenant Əli Nağıyev Mehmet Aktaşın Türkiyə Respublikası Daxili İşlər Nazirliyi Təhlükəsizlik Baş İdarəsinin rəisi kimi ilk xarici səfərini Azərbaycana etməsinin ölkələrimizin müvafiq strukturları arasında əməkdaşlıq əlaqələrinin yüksəlməsinə və daha da dərinləşməsinə müsbət təsir göstərəcəyinə əminliyini bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən