Ziya Bünyadov prospektində üç avtomobil toqquşub - FOTO

 23:21 02.12.2019     126

Bakıda ağır yol nəqliyyat hadisəsi baş verib.

Redaktor.az-ın məlumatına görə, avtoqəza Binəqədi rayonu Ziya Bünyadov prospektində qeydə alınıb.

Hadisə zamanı iki "BMW" və "Opel" markalı avtomobillər toqquşub. Nəticədə xəsarət alanların olduğu deyilir.

Ərazidə polis əməkdaşları araşdırmalar aparır. Xilasetmə məqsədilə FHN-in əməkdaşları da hadisə yerinə cəlb olunub.

Təfərrüatlar dəqiqləşdirilir. /apa/