Gəncədə 18 yaşlı qız dəm qazından zəhərlənib

 20:21 03.12.2019     1531

Gəncədə zəhərlənmə hadisəsi baş verib.

Redaktor.az-ın apa-ya istinadən məlumatına görə, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 2001-ci il təvəllüdlü Şükürlü Mətanət Qalib qızı yaşadığı evin hamamında dəm qazından zəhərlənib. Dərhal xəstəxanaya çatdırılan M. Şükürlünün vəziyyətin kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.