Azərbaycanda zəncirvari qəza, yaralılar var

 20:48 03.12.2019     6498

Mingəçevirdə zəncirvari yol qəzası baş verib.   

Redaktor.az-ın apa-ya istinadən məlumatına görə, hadisə şəhər stadionu yaxınlığında qeydə alınıb. “Lada”, “Kia” və “Mercedes” markalı avtomobillərin iştirakı ilə baş verən qəzada iki nəfər xəsarət alıb. Yaralılar – 1996-cı il təvəllüdlü İsgəndərova Zərifə Akif qızı və 1991-ci il təvəllüdlü Təhməzov Ruslan Fərhad oğlu xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.