Bakıda AĞIR QƏZA: Polis əməkdaşı vuruldu

Aeroport yolunda polis əməkdaşının vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Redaktor.az-ın məlumatına görə, Aeroport-"Koroğlu" metrostansiyası istiqamətində yolda xidmət aparan polis əməkdaşı “Toyota Prado” markalı avtomobil tərəfindən vurulub.
Hadisə yerinə yol polisinin əməkdaşları gəlib.//Apa.az