Saatlıda qatar minik avtomobili ilə toqquşub - Ölən və xəsarət alan var

Saatlıda qatarla avtomobilin toqquşması nəticəsində ölən şxslərin adları məlum olub.
Xəbərə görə, qəza nəticəsində “VAZ-02106” markalı avtomobildə olan, Sabirabad rayonu Kovlar kənd sakini, 1962-ci il təvəllüdlü Abasov Cəbrrayıl Həmid oğlu və Qəzli kənd sakini, 1964-cü il təvəllüdlü Məmmədov Eldar Gülbala oğlu dünyası dəyişib.
***
Saatlıda qatarın minik avtomobili ilə toqquşması nəticəsində xəsarət alan şəxs ölüb.
Bununla da ölənlərin sayı iki nəfərə çatıb.
Faktla bağlı araşdırma aparılır.
***
Saatlının Hacıqasımlı kəndində qatar minik avtomobili ilə toqquşub.
Hadisə nəticəsində 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb.//Apa.az