“Baklift-2”nin sabiq rəisinin məhkəməsi BAŞLAYIB

 11:56 04.12.2019     247

Bakı Ağır Cinayətlər Məhkəməsində “Baklift-2” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin rəisi olmuş Ruslan Dilanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb

Redaktor.az-ın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı dekabrın 11-ə təyin olunub.

Qeyd edək ki,  R.Dilanov külli miqdarda mənimsəmədə təqsirli bilinir. İş üzrə zərərçəkən şəxs qismində “Lifttəmir” İstehsalat Birliyi tanınıb.  R.Dilanova qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda ziyan vurmaqla mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.//Apa.az