Tərtərdə doğuş zamanı körpə ÖLDÜ

 12:43 04.12.2019     295

Tərtərdə doğuş zamanı ölüm hadisəsi baş verib.

Redaktor.az-ın məlumatına görə, hadisə Tərtər Mərkəzi Rayon Xəstəxanasının doğum şöbəsində qeydə alınıb. Rayon sakini Səbinə Mehdiyeva doğuş məqsədi ilə xəstəxanaya daxil olub. Doğuş zamanı körpə ölüb.

Həmin faktla bağlı  Tərtər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.//Apa.az