Azərbaycanda bank rəhbəri - SIRAVİ İŞÇİ OLDU

 13:30 04.12.2019     361

Azərbaycanda ilk dəfə olaraq bankın idarə heyətinin rəhbərləri sıravi işçi kimi müştərilərə xidmət ediblər. 

Redaktor.az FED.az-a istinadən xəbər verir ki, bir neçə gün əvvəl restaylinq edən “Rabitəbank” bu gün müştərilərinə pulsuz kart paylayıb.

Eləcə də bax:“Rabitəbank”ın rəhbəri : "Dəyişən təkcə rənglərimiz deyil" - REYSTALİNQ

Kart paylama prosesində bankın əməliyyatçısı rolunu idarə heyətinin rəhbərliyi yerinə yetirib.

Kartın ilk istifadəçiləri  bankın restayliqli ilə bağlı keçirilən tədbirində kartmane kartlarının əldə edilməsi üçün qeydiyyatdan keçən şəxlər olub.

«Kartmane»nin ilk müştərilərinə kartları Bankın İdraə heyətinin sədri Elçin Qədimov, İdarə heyətinin sədrinin müavini Elşən Bədirxanov, İdarə heyətinin sədrinin müavini Orhan Gültəkin, idarə heyərinin üzvlər Ramil Nəsibov və Binnət Novruzov təqdim ediblər.