Bu il baytarlıq və fitosanitar tədbirlər nəticəsində 665 ton məhsul məhv edilib

 14:15 04.12.2019     115

"2019-cu ilin yanvarından noyabr 1-nə qədər Azərbaycanda baytarlıq və fitosanitar tədbirlər nəticəsində 665 ton məhsul məhv edilib".

Redaktor.az-ın məlumatına görə, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, həmin dövr ərzində 13 355 litr spirtli və spirtsiz içki, 800 tondan yuxarı qida məhsulları zərərsizləşdirilib:

"1958 ton qida məhsul özündə müxtəlif növ təhlükə daşıdığı üçün ölkəyə idxalı olunaraq geri qaytarılıb. Azərbaycana təhlükəli istər bitki, istərsə də heyvan mənşəli və digər xarakterli heç bir məhsul idxal olunmur".//Apa.az