“Son zamanlar həddindən artıq "qida eksperti" ortaya çıxıb" - Agentlik sədri

 14:37 04.12.2019     449

“Son zamanlar həddindən artıq "qida eksperti" ortaya çıxıb. Sosial şəbəkələrdə yanlış məlumatlar verirlər". 

Redaktor.az xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli jurnalistlərə açıqlamasında deyib. 

Onun sözlərinə görə, həmin şəxslər əhali arasında lazımsız təşviş yaradırlar:

"Bu yaxınlarda belə bir məlumat oxudum ki, Azərbaycana idxal olunan məhsulun 99 faizi xəstəlik mənbəyidir. Bu, kökündən yanlışdır. Bu məlumatın arxasında heç bir elmi araşdırma yoxdur. Həmçinin saytlarda oxudum ki, Azərbaycana idxal olunan məhsulların, Azərbaycanda istehsal edilən tərəvəzlərin 100 faizi genetik modifikasiya olunub. Dünyada 30 adda gemo məhsulu var. Onların içərisində tərəvəzlər çox azdır. Soğan, kələm, acı bibər, xiyarın genetik modifikasiyası yoxdur."//Apa.az