Prezident icra başçısını vəzifədən AZAD ETDİ

 15:13 04.12.2019     2844

Hacıqabul rayonunun icra başçısı dəyişdirilib.

Redaktor.az-ın xəbərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncama əsasən, Əhməd Kərəm oğlu Muxtarov Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Prezidentin digər müvafiq sərəncamı ilə Rüstəm Gülabba oğlu Xəlilov Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.