Penitensiar Xidmətin rüşvətdə ittiham olunan bölük komandirinə hökm oxunub

 16:53 04.12.2019     48

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən Penitensiar Xidmətin hərbi hissəsində bölük komandiri Kazım Həsənovun məhkəmə prosesi başa çatıb.

Redaktor.az-ın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, K. Həsənova 5 il şərti cəza verilib.

Qeyd edək ki, K. Həsənov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham edilir. İttihama əsasən, K.Həsənov hərbi hissədən bir neçə saatlıq buraxılış üçün hər əsgərdən 30-40 manat rüşvət alıb.

İstintaq dövründə onun barəsində həbs-qətimkan tədbiri seçilməyib.//Apa.az