AMEA: Bu il 5472 nəfər vətəndaş hüquqi yardım almaq üçün müraciət edib

Bu il 5 mindən çox vətəndaşa pulsuz hüquqi yardım göstərilib.
AMEA-dan Redaktor.az-a verilən məlumata görə, AMEA Hüquq və İnsan Haqları İnstitutunun Beynəlxalq hüquq şöbəsi tərəfindən Dünya Bankı ilə birgə həyata keçirilən hüquqi yardım xidmətlərinin göstərilməsi üzrə layihə çərçivəsində 2019-cu ildə 5472 nəfər vətəndaş hüquqi yardım almaq üçün müraciət edib. Ötən 11 ay ərzində həssaslıq qrupuna görə istifadəçilərin xarakteristikası göstərir ki, onların əksəriyyəti (2649 nəfər) aztəminatlı ailələr qrupuna mənsubdur.
Hesabat dövründə müxtəlif hüquqi məsələlərlə bağlı istifadəçilərə göstərilən yardım zamanı ən çox müraciət edilən mövzular əsasən əmlak hüququ (1238 müraciət) ilə bağlı olub. Həmçinin nikahın pozulması, aliment, vərəsəlik, pensiya, sosial yardım, istehlakçı hüquqları, nəqliyyat məsələləri və s. üzrə hüquqi məsləhət xidmətləri də göstərilib.