MTRŞ daha bir kabel şəbəkəsi yayımçısına lisenziya verib

Bu gün Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.
MTRŞ-dan Redaktor.az-a verilən məlumata görə, iclasda “Port Castle” MMC-nin abonentlərinin sayı 5000-dək olan kabel şəbəkəsi (İP TV) yayımı üçün lisenziya alınması barədə müraciəti müzakirə olunub və şirkətə müddətsiz lisenziya verilməsi barədə qərar qəbul edilib.