"Azəriqaz" abonentlərdən qanunsuz pul tələb edən şəxsin görüntülərini yayıb - VİDEO

 18:23 04.12.2019     49

Bir neçə gündür ki, Nizami rayonunun Elşən Süleymanov küçəsində bina evlərindən bir nəfər naməlum şəxs smart-kart tipli sayğacların kartlarının dəyişdirilməsi adı ilə pul yığır.

Bu barədə Redaktor.az-a “Azəriqaz”dan bildirilib. Qeyd olunub ki, hər abonentdən 10 manat tələb edilir: ““Azəriqaz” İstehsalat Birliyi olaraq bildiririk ki, əməkdaşlarımız abonentlərlə heç vaxt bu cür ünsiyyətdə olmur və smart-kartların zədələnmədiyi halda istifadə müddəti məhdudiyyətsizdir".

"Azəriqaz" həmin şəxsin müşahidə kameraları ilə qeydə alınan görüntülərini də yayıb.