Dəmiryolunda texniki nasazlıq aradan QALDIRILDI

 10:15 05.12.2019     324

“Azərbaycan Dəmir Yolları” QSC Bakı-sərnişin Keşlə mənzilində kontakt şəbəkədə texniki nasazlıq yaranması barədə məlumatlara aydınlıq gətirib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat katibliyi şöbəsindən Redaktor.az-a bildirilib ki, kəskin hava şəraiti ilə əlaqədar (güclü küləyin əsməsi nəticəsində) bu gün saat 03:25 radələrində Bakı-sərnişin Keşlə mənzilində kontakt şəbəkədə texniki nasazlıq yaranıb.

Hadisə nəticəsində saat 07:50-də Bakıdan, 08:40-da Sumqayıtdan yola düşməli olan elektrik qatarları hərəkətdə olmayıb.

Təcili bərpa işlərinə başlanılıb və texniki nasazlıq aradan qaldırılıb.

Hazırda qatarlar cədvəl üzrə hərəkət edir.