Bakıda döyülən sərnişinlə bağlı BNA-dan AÇIQLAMA

 10:59 05.12.2019     629

Bakıda avtobus sürücüsünün sərnişini döyməsi hadisəsiylə bağlı Bakı Nəqliyyat Agentliyi (BNA) açıqlama verib.

Qurumun Mətbuat xidmətinin rəhbəri Mais Ağayev Redaktor.az-a açıqlamasında bildirib ki, BNA məsələ ilə bağlı araşdırma aparır:

 “Marşrut xətti üzrə daşıyıcı “Menloqq” MMC-nin direktoru Hikmət Bağırov Agentliyə çağırılıb və hadisə ilə bağlı izahat tələb olunub. Ümumilikdə bildirim ki, bu kimi hadisələrin olması yolverilməzdir. Təbii hadisənin əsl səbəbi müvafiq qurumların araşdırmasından sonra məlum olacaq.

Eyni zamanda qeyd edim ki, bu xətt üzrə sərnişindaşımanın vəziyyəti ürəkaçan deyil. Vətəndaşlar tərəfindən çoxsaylı şikayətlər daxil olur. Daşıyıcıya da xəbərdarlıq edilib ki, təsirli tədbirlər görməzsə, onunla bağlanan müqaviləyə xitam veriləcək”.

Qeyd edək ki, ötən gün 1994-cü il təvəllüdlü Zeyniyev Elton Oktay oğlu 166 nömrəli sərnişin avtobusunun sürücüsü tərəfindən döyülüb.Yaralı yaxınlarının köməkliyi ilə xəstəxanaya çatdırılıb.Ona burun sınığı diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.

Xəyalə Məmmədova / REDAKTOR.AZ