Bakıda 21 yaşlı tələbə dəm qazından BOĞULDU

 11:04 05.12.2019     464

Bakıda dəm qazı daha bir nəfərin həyatına son qoyub.

Redaktor.az-ın məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonunda qeydə alıb. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Neft-Mexanika fakültəsinin tələbəsi, 1998-ci il təvəllüdlü Nurlan Akif oğlu Dadaşov kirayə yaşadığı evdən dəm qazından boğularaq ölüb.

Universitetdən faktı təsdiqləyiblər. 

Qeyd edək ki, N. Dadaşov 4-cü kurs tələbəsi olub.//Apa.az