Xaricdə yaşayan azərbaycanlılar üçün xüsusi dərsliklər HAZIRLANIB

 12:45 05.12.2019     207

“Xaricdə yaşayan azərbaycanlılar üçün xüsusi dərsliklər hazırlanıb”.

Redaktor.az-ın xəbərinə görə, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Muradov Yeni Azərbayacan Partiyasının İcra Katibliyində keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, xaricdə yaşayan azərbaycanlılar üçün hazırlanmış xüsusi dərsliklər Təhsil Nazirliyinə təqdim edilib:

“Fransanın Nant, İsveçrənin Bern, Polşanın Varşava, İsveçin Stokholm şəhərlərində “Qarabağ” adlı həftəsonu Azərbaycan məktəbləri açılıb”.//Apa.az