""Soydaşlar və diaspor təşkilatları haqqında” qanun layihəsi hazırdır"

 13:37 05.12.2019     602

"Soydaşlar və diaspor təşkilatları haqqında” yeni qanun layihəsi demək olar ki, artıq hazırdır”.

Redaktor.az-ın xəbərinə görə, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Yeni Azərbaycan Partiyasının İcra Katibliyində keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, qanun layihəsi müvafiq qurumlarla razılaşdırıldıqdan sonra Milli Məclisə təqdim olunacaq:

“Ümid edirik ki, yeni parlament formalaşdıqdan sonra "Soydaşlar və diaspor təşkilatları haqqında” yeni qanun layihəsi parlamentdə müzakirəyə çıxarılacaq. Onu da qeyd edim ki, qanun layihəsi hazırlanan zaman beynəlxalq və bir neçə ölkənin təcrübəsi öyrənilib”.//Apa.az