"Əli Kərimli arabanın 5-ci təkəridir" - S. Novruzov: "O, 1-ci təkər axtarışındadır"

 15:56 05.12.2019     2293

Siyasi partiyanın əsas funksiyası seçkilərdə iştirak etməsidir.

Redaktor.az bildirir ki, bu sözləri YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Yeni Müsavatın canlı yayımında deyib.

Millət vəkili hesab edir ki, siyasi partiyalar seçkiyə hər zaman hazır olmalıdır:

“Milli Şura və Xalq Cəbhəsi partiyası heç vaxt seçkilərdə iştirak etməyib. Siyasi partiyalar seçkilərdə iştirak etməyəndə birincisi, sosial bazasını - elektroratını itirir, onun tərəfdarları partiyadan həm incik, həm də ruhdan düşürlər. İkincisi, bu insanlar seçki təcrübəsindən tamamilə uzaqlaşırlar. Üçüncüsü, cəsarətli olmadıqlarını ortaya qoyurlar. Məsələn, götürək Əli Kərimlini. O, heç vaxt birinci şəxs kimi seçkidə iştirak etməyib. Gah yazılı şəkildə preizdent seçkilərində Etibar Məmmədovu dəstəkləməsi ilə bağlı məktub yazıb, gah Rüstəm İbrahimbəyovu tapıb gətiriblər... Sonra da Cəmil Həsənlini. Özünə inanan, etibar edən, xalqın onu dəstəklədiyini düşünən şəxs özünü lider adlandırırsa, öz namizədliyini verməlidir. Lider seçkidə öz namizədliyini verər, yoxsa arabanın 5-ci təkərini axtarmaz. Belə çıxır ki, Əli Kərimlinin özü arabanın 5-ci təkəridir, arabaya  1-ci təkər axtarışındadır”.

Firuzə Vahid / REDAKTOR.AZ