Ən fəal deputatlarımız BUNLARDIR!

 14:45 09.12.2019     556

“Seçici hüquqlarını müdafiə edən ən fəal deputat” nominasiyasının qalibləri müəyyənləşdirilib.

Redaktor.az bildirir ki, millət vəkilləri Qənirə Paşayeva və Vahid Əhmədov bu nominasiyanın qalibi olublar. Bu nominasiyanın qalibləri Milli Məclisin ötən 4 ildəki fəaliyyəti dövründə seçicilərin üzləşdikləri problemlərin həllinə yardmçı olduqlarına görə müəyyən edilib.

Millət vəkili Qənirə Paşayeva təəssüratlarını Feysbuk hesabında bölüşüb.

Millət vəkili Parlament Jurnalistlər Birliyinə, sorğuda iştirak edən bütün dəyərli jurnalistlərə verdikləri dəyər üçün təşəkkür edib:

“Millət vəkili olaraq məhz mənə onları təmsil etmək haqqını verən seçicilərimə isə xüsusi təşəkkürlər. Onları layiq olduqları səviyyədə təmsil etmək üçün bu illər ərzində çalışdıq. Məhz bu nominasiyada fəaliyyətimizi dəyərləndirən jurnalistlərimizə də daim fikir və təkliflərimi, çıxışlarımı geniş şəkildə insanlarımıza çatdırdıqları üçün minnətdaram”.

Firuzə Vahid / REDAKTOR.AZ