II Xəzər İqtisadi Forumunun keçiriləcəyi şəhər MÜƏYYƏNLƏŞİB

 14:37 09.12.2019     195

"II Xəzər İqtisadi Forumu 2021-ci ilin avqust ayında Həştərxanda keçiriləcək".

Redaktor.az-ın məlumatına görə, bunu Bakıda keçirilən Azərbaycan-Rusiya Hökumətlərarası İqtisadi Komissiyanın 18-ci iclasında çıxış edən Rusiyanın İqtisadi İnkişaf naziri, komissiyanın həmsədri Maksim Oreşkin deyib.

Onun sözlərinə görə, artıq forumun hazırlıq işlərinə start verilib: "Forum yaranan sualların müzakirəsi üçün olduqca yaxşı platforma rolunu oynayacaq".//Apa.az