İstirahət günləri yol qəzalarında 6 nəfər ölüb

 16:29 09.12.2019     302

Şənbə-bazar günləri respublikanın daxili işlər orqanları tərəfindən 29 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 28 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 27 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 5 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər ölüb, 3 nəfər xəsarət alıb.   

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb.