Bakıda iki avtomobil toqquşub - Ölən var

 16:53 09.12.2019     283

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, dekabrın 8-də saat 7 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində Ağdaş rayon sakini Şirin Baxşəliyev idarə etdiyi “Fiat” markalı avtomobili yolun kənarında dayanan Bakı şəhər sakini E.Kərimova məxsus “Mercedes” markalı  avtomobilə vurub və hadisə yerində ölüb.

Nərimanov RPİ tərəfindən araşdırma aparılır.