Ağstafada avtomobil yanıb

 19:23 09.12.2019     818

Ağstafa rayonunda avtomobilə qoşulan əlavə qurğu yanğına səbəb olub.

Redaktor.az-ın məlumatına görə, rayonun Dağ Kəsəmən kənd sakini Sənan Əhmədova məxsus "VAZ-2107" markalı avtomobil anidən alışıb.

Hadisə yerinə Ağstafa rayon Yanğından mühafizə hissəsinin yanğınsöndürənləri cəlb olunub və yanğın söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb.

İlkin ehtimallara görə, yanğına avtomobilə qoşulan səsgücləndirici qurğu səbəb olub.

Faktla bağlı araşdırma aparılır./report/