"EuroHome”da yanğınla əlaqədar avtobusların intervalında gecikmələr yaranıb

 10:11 10.12.2019     240

“Bakı-Sumqayıt yolunda yerləşən tikinti materialları bazarında baş vermiş yanğın səbəbindən yolda hərəkət tamamilə məhdudlaşıb”.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Redaktor.az-a verilən xəbərə görə, bu səbəbdən ərazidən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların intervalında gecikmələr yaranıb:

“Sərnişinlərdən anlayış göstərmələrini xahiş edirik. Eyni zamanda sürücülərə zərurət olmadığı halda həmin istiqamətdə hərəkət etməmələrini tövsiyə edirik”.