DGK-nin büdcə daxilolmaları noyabrda 9%-ə yaxın azalıb

 13:23 10.12.2019     1020

Bu ilin noyabr aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 361 014,4 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da əvvəlki aya nisbətən 8,6% azdır.

Redaktor.az-ın DGK-yə istinadən verdiyi məlumata görə, hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi cari ilin oktyabr ayı ilə müqayisədə 19,2% azalaraq 89 500,3 min manat olub.

ƏDV üzrə daxilolmalar isə noyabrda aylıq ifadədə 4,5% azalaraq 253 020,5 min manat, aksizlər üzrə 14,5% azalaraq 13 531,3 min manat, yol vergisi üzrə daxilolmalar isə 33,5% artaraq 4 962,3 min manat təşkil edib.