Bu il Azərbaycanda 39 hakim barəsində intizam icraatı BAŞLANILIB

 11:22 10.12.2019     181

“Bu il Azərbaycanda 39 hakim barəsində intizam icraatı başlanılıb”.

Redaktor.az-ın məlumatına görə, bunu Məhkəmə-Hüquq Şurası Aparatının rəhbəri Cavid Hüseynov Ədliyyə Nazirliyi və Məhkəmə Hüquq Şurasının təşkilatçılığı ilə keçirilən 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş “İnsan hüquqlarının qorunması media müstəvisində” mövzusunda tədbirdə deyib.

Cavid Hüseynov deyib ki, 2 hakimin səlahiyyətlərinə xitam verilib və 6 hakim isə işdən azad olunub. 

S. Hüseynov hər məhkəmədə bir hakimin ayrılması və həmin hakimin media ilə işləməsi barədə verilən qərarın əhəmiyyətli olduğunu qeyd edib: “İlkin mərhələdə hakimlərin media üzrə məsul olması daha məqbuldur. Bu proses ilk növbədə Bakı, Abşeron və Sumqayıtda həyata keçiriləcək”. //Apa.az