“EuroHome" Ticarət Mərkəzində yanğın tam məhdudlaşdırılıb” - Nazir müavini

 11:30 10.12.2019     265

"EuroHome" Ticarət Mərkəzində baş verən yanğın tam məhdudlaşdırılıb”.

Bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev deyib.

O qeyd edib ki, yanğının söndürülməsinə 3 helikopter, 1 təyyarə, 250-dən çox canlı qüvvə cəlb olunub.

"Həyata keçirilən tədbirlər nəticəsində yanğın tam məhdudlaşdırılıb", - deyə nazir müavini vurğulayıb.//Apa.az