Bakıda evdən 10 min manatlıq qızıl oğurlanıb

 14:23 10.12.2019     433

Bakıda evdən xeyli miqdarda qızıl oğurlanıb.

Daxili İşlər Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 24-də rayon ərazisindəki evlərin birindən 10.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini O.Loktionova saxlanılıb.