"EuroHome”da yanğın ocaqlarının söküntüsü və soyudulması işləri davam etdirilir

 14:15 10.12.2019     307

Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qüvvələri tərəfindən "EuroHome” tikinti materialları bazarında söndürülmüş yanğın ocaqlarının söküntüsü və soyudulması işləri davam etdirilir.

Bu barədə Redaktor.az-a FHN-nin mətbuat xidmətindən məlumat verilib.

“Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında mümkün təkrar lokal alovlanmanın qarşısının alınması üçün FHN-in müvafiq qüvvələri tərəfindən ərazidə söndürülmüş yanğın ocaqlarının söküntüsü və soyudulması işləri davam etdirilir”, - deyə Nazirliyin məlumatında qeyd olunub.