Ticarət mərkəzində baş verən verən yanğında 4 nəfər tüstüdən zəhərlənib

 16:15 10.12.2019     317

“Tikinti materialları bazarında baş verən yanğınla əlaqədar hadisə yerinə 8 briqada cəlb olunub”.

Səhiyyə Nazirliyindən Redaktor.az-a verilən xəbərə görə, saat 16:05-ə olan məlumata görə, 8 nəfərə yerində yardım göstərilib: “4 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, bir nəfər əlin kəsilmiş yarası diaqnozu ilə Travmatologiya və Ortopediya İnstitutuna gətirilib. Hazırda ərazidə 2 Təcili Tibbi Yardım briqadası var”.