Bakıda küçədən kişi meyiti TAPILDI

 13:07 11.12.2019     278

Bakıda küçədən meyit tapılıb.

Redaktor.az-ın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb. Rayonun küçələrinin birində təxminən 60-65 yaşlarında kişi meyiti aşkarlanıb.

Aparılan araşdırmalar nəticəsində meyitin Masallı rayon sakini, 1956-ci il təvəllüdlü Cavadov Mürsəl Qulam oğluna aid olması müəyyən edilib.

M. Cavadovun ölüm səbəbi araşdırılır.//Apa.az