Azərbaycan və Koreya Statistika komitələri arasında memorandum İMZALANDI

 14:12 11.12.2019     283

Dövlət Statistika Komitəsi ilə Koreya Statistika Komitəsi arasında "Statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu" imzalanıb.

Redaktor.az-ın məlumatına görə, imzalanma mərasimi "Rəsmi statistik məlumatların istehsalında İKT və kadr potensialının gücləndirilməsi" mövzusunda keçirilən konfrans baş tutub.

Anlaşma Memorandumunu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov və Koreya Statistika Komitəsinin sədri Shin-vook Kang imzalayıb.

Memorandum çərçivəsində kadr potensialının gücləndirilməsi, təcrübə mübadiləsinin aparılması, statistikanın istehsalında müasir informasiya kommunikasiya texnologiyaların tətbiqi, məlumat mübadiləsi, birgə konfransların keçirilməsi və s. nəzərdə tutulub.