Azərbaycanda fəaliyyət göstərən kabel operatorları üçün yeni TƏLƏB

 14:18 11.12.2019     272

Azərbaycanda fəaliyyət göstərən kabel operatorları üçün yeni tələb müəyyənləşib.

Redaktor.az-ın xəbərinə görə, Milli Televiziya və Radio Şurasının (MTRŞ) müvafiq qərarı ilə Azərbaycan ərazisində fəaliyyət göstərən kabel operatorları (internet, efir-kabel, peyk) tərəfindən öz şəbəkələrində Azərbaycan telekanallarının yayımının həyata keçirilməsi təmin edilməlidir.

Qərarı MTRŞ sədri Nuşirəvan Məhərrəmli imzalayıb.