Xarici vətəndaşların icbari tibbi sığorta xidmətlərindən istifadəsi ilə bağlı AÇIQLAMA

 16:40 11.12.2019     340

Xarici vətəndaşların icbari tibbi sığorta xidmətlərindən istifadə edib-etməyəcəyinə aydınlıq gətirilib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Regional mərkəzlərlə iş şöbəsinin müdiri Şükür Eyvazov deyib ki, icbari tibbi sığorta xidmətləri xarici vətəndaşlara şamil edilmir:

“Xarici vətəndaşlar icbari tibbi sığorta xidmətlərindən yararlana bilmirlər. Bu, yalnız Azərbaycan vətəndaşlarına aiddir. Amma müəyyən qrup insana miqrasiya xidməti üçün icazə verilibsə, onlar icbari tibbi sığorta xidmətlərindən istifadə edə biləcək”.//Apa.az